Avropa İttifaqı (Aİ) Ukraynaya silah tədarükü üçün pul ayırdığı Avropa Sülh Fondunun həcmini 3,5 milyard avro artırıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə Lüksemburqda iclası keçirilən Aİ Şurasının bəyanatında deyilir.

Məlumata görə, Aİ-yə üzv olan 27 ölkənin xarici işlər naziri bu qərarı təsdiqləyib. Qurum Kiyevə silah tədarükü üçün bir neçə aydan bir fonddan 500 milyon avro ayıracaq. Bu qərar uzun müddət ərzində fondun maliyyə sabitliyini və proqnozlaşdırıla bilənliyini təmin etmək məqsədi daşıyır.