Avropada populyar olan “Eupinion” sorğu platforması keçirdiyi növbəti sorğunun nəticəsini paylaşıb. Rusiya ilə Ukrayna arasındakı müharibədən bəhs edən sorğuda respondentlərdən Ukraynanın qələbəsinə inanıb inanmadıqları soruşulub.

İqtisadiyyat.az bildirir ki, sorğu dekabrdan bəri başladılıb və Avropanın bir neçə ölkəsində aparılıb. Sorğuda iştirak edənlərin 61 %-i Ukraynanın qələbəsinə inandıqlarını bildirib.

Xalqlara gəlincə, Rusiyanın məğlub olacağına ən çox inanan polşalılardır. İkinci yerdə 68 %-lə niderlandlılar yer alır. Fransızlar 65 %-lə ilk üçlüyü tamamlayır.

Ukraynanın qələbəsinə ən az inanan ölkə İtaliyadır. Sorğuda iştirak edən italyanların cəmi 51 %-i Rusiyanın məğlub olacağına inanır. Tam siyahını sizə təqdim edirik.