SpaceX-in törəmə şirkəti olan Starlink Ukraynaya peyk əsaslı internet tarifini ayda 60 dollardan 75 dollara qaldırdığını açıqlayıb.


İqtisadiyyat.az xəbər verir ki, şirkətin ukraynalı istifadəçilərə göndərdiyi məktubda peyk rabitəsi tarifini artırmaq qərarı və yeni tarifin 29 dekabr 2022-ci il tarixindən etibarən tətbiq ediləcəyi bildirilir:

"Provayder xidmət tarifini ayda 60 dollardan 75 dollara qaldırır. Terminal və antenanın qiyməti 500 dollardan 700 dollara qalxır."