Türkiyənin ötən ay ixracı 11,4% artaraq rekord səviyyəyə - 24 milyard 75 milyon dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ticarət naziri Ömər Bolat bildirib.

Bolat bildirib ki, ötən ay ölkənin illik ixracı 2,3% artaraq 260,1 milyard dollarla rekord qırıb.

Onun sözlərinə görə, Türkiyənin idxalının azalma tendensiyası may ayında da davam edib. Belə ki, ölkənin may ayında idxalı illik bazda 10,3% (3,5 milyard dollar) azalaraq 30 milyard 593 milyon dollara enib.

 

Gözəl Həşimova