Türkiyənin sentyabr ayında ixracı ötən ilin eyni ayına görə 0,5% azalaraq 22 milyard 490 milyon dollara, idxalı isə 14,6% azalaraq 27 milyard 501 milyon dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı və Ticarət Nazirliyi birgə məlumat yayıb.

Hesabat dövründə xarici ticarət kəsiri sentyabr ayında 47,8% azalaraq 9 milyard 607 milyon dollardan 5 milyard 12 milyon dollara enib.

 

Gözəl Həşimova