Türkiyənin iyul ayında ixracı ötən ilin eyni ayına görə 8,3% artaraq 20 milyard 78 milyon dollara, idxalı isə 10,5% artaraq 32 milyard 295 milyon dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı və Ticarət Nazirliyi birgə məlumat yayıb.

Hesabat dövründə ölkənin xarici ticarət kəsiri 14,2% artaraq 10 milyard 702 milyon dollardan 12 milyard 217 milyon dollara yüksəlib. Ölkənin xarici ticarət kəsiri bu ilin yanvar-iyul dövründə 18,1% artaraq 73 milyard 539 milyon dollara çatıb.

 

Gözəl Həşimova