Türkiyədə ilk dəfə olaraq «Ən Yaxşı İdarə Olunan Şirkətlər» proqramı həyata keçirilib. FED.az xəbər verir ki, Deloitte Private-nin reallaşdırdığı proqram Türkiyənin orta və böyük şirkətlərini əhatə edib. Onların arasında həm özəl, həm də ailə şirkətləri olub.

Proqram çərçivəsində Türkiyə şirkətlərindəki idarəetmə bacarıqları ən yaxşı beynəlxalq tətbiqlər vastəsi ilə dəyərləndirilib. Proqramın mükafatlandırma mərasimi 26 noyabr 2018 tarixində Çırağan Sarayında edilib.

Proqramda münsiflər heyətinə məşhur «Koç» şirkətinin nümayəndəsi olan Ali Koç başçılıq edib. Münsiflər isə Ali Sabancı, Ebru Özdemir, Emre Zorlu, Hamdi Akın, Hanzade Doğan Boyner, LucienArkas, Ömür Tan, Umran İnan və Ümit Boyner olub. Bu münsiflərin seçimi ilə 'Türkiyənin Ən Yaxşı İdarə Olunan Şirkəti' mükafatına 11 şirkət layiq görülüb.

Proqraın şərtlərinə görə, burada ən azı beş il fəaliyət göstərən, illik 20 milyon lirədən çox dövriyyəsi və 25 və daha çox işçisi olan, səhmlərinin ən azı 60%-i ya da idarəetməsi Türkiyədə olan şirkət və şəxslər iştirak edə bilərdi. Ümumilikdə 70-ə yaxın şirkətin qiymətləndirildiyi proqramda:

'Türkiyənin Ən Yaxşıİdarə Olunan Şirkəti' mükafatını qazanan şirkətlər bunlar olub:

AROMSA

· ASAV

· Defacto

· Domino Tekstil

· ISM Makine

· Karaoğlu Peyzaj

· Kros Otomotiv

· Mikropor

· Nobel İlaç

· Profen

· TKG Otomotiv

Deloitte Private-in Türkiyə lideri Ali Çiçekli bildirib ki, qiymətləndirmə prosesində Deloitte məşqçiləri tərəfindən finalda olan şirkətlər hərtərəfli araşdırılıb.

Qalib olan şirkətlərin əsas xüsusiyyətləri:

Qiymətləndirmə prosesinin sonunda qazanan şirkətlərin sahib olduğu ortaq xüsusiyyətləri bunlardır:

· Ailə üzvlərinin və professionalların da daxil edildiyi, əhatə edici bir idarəetmə quruluşu

· Bir iştirakçı prosesdən sonra yaradılan güclü bir strategiya

· Strateji ilə uyğun hədəflərin təyin olunması və şirkətin hər bölümünə yayılacaq şəkildə təqib edilməsi

· Güclü bir maliyyə quruluş və hesabat infrastrukturuna sahib olunması

· Ar-Ge və yeniliklərə investisiya edilməsi

· Təşkilat dəyərlərinə, çalışan təcrübəsinə və şirkət mədəniyyətinə əhəmiyyət verilməsi

· Cəmiyyətə geri vermə şüurunun inkişaf etmiş olması

Best ManagedCompanies Proqramı haqqında

Deloitte Best ManagedCompanies Türkiyə proqramı, Koç Universitetinin iş birliyi, TAİDER və TİDE'nin iş ortaqlıqları və QNB Finansbank'ın əsas sponsurluğu ilə, Türkiyədə bu il ilk dəfə həyata keçirilir.

Proqrama qatılan və finalçı olmağa haqq qazanan şirkətlər, Deloitte Private Türkiyə rəhbərləri arasından seçilmiş və bu mövzuda xüsusi olaraq öyrədilmiş şirkət məşqçiləri ilə birlikdə iş fürsəti tapdı. . Proqram gələcəkdə daha çox şirkətə çatacaq və buna görə də, şirkətlərin bir-birindən öyrənə biləcəyi və təcrübələrini bölüşdüyü bir platformada görüşməsi hədəflənir.