Zəlzələdən sonra Türkiyədə 4700-dən çox afterşok qeydə alınıb.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, bununla bağlı AFAD rəsmisi Orhan Tatar məlumat verib. O bildirib ki, ölkədə hər 4 dəqiqədən bir baş verən afterşokların əksəriyyəti hiss olunur.

Qeyd edək ki, Türkiyədə fevralın 6-da 7,7 bal gücündə zəlzələ baş verib.