İstiqlal küçəsində 6 nəfərin öldüyü, 81 vətəndaşın yaralandığı bombalı hücuma görə saxlanılanların sayı 50-yə çatıb. Jurnalistlərin suallarını cavablandıran Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, heç bir terror təşkilatı Türkiyəyə qarşı hansısa oyunda və ya hücumda müvəffəqiyyət qazanmayacaq:

"Kimliyindən asılı olmayaraq, hər cür terroru qınayırıq. Hücum müvəffəqiyyətli olmayacaq"

Xatırladaq ki, terrorçunun ələ keçirildiyi evdə aparılan axtarışlar zamanı 3 min 800 dollar, 5 min avro və 10 min lirə və çoxlu qızıl-zinət əşyaları ələ keçirilib.