Türkiyədə avqust ayında işsizlik səviyyəsi iyul ayı ilə müqayisədə 0,2 bal azalaraq 9,2%-ə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) avqust ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.

Hesabat dövründə 15 yaşdan yuxarı olan işsizlərin sayı 56 min nəfər azalaraq 3 milyon 223 min nəfərə çatıb. İşsizlik səviyyəsi kişilər üçün 7,5%, qadınlar üçün isə 12,6% təşkil edib.

 

Gözəl Həşimova