Türkiyənin Muğla vilayətinin Datça bələdiyyəsi 14 fevral sevgililər günü ilə bağlı tvitini hərraca çıxarıb.

“Sevgililərinizlə birlikdə Datça baharı qədər gözəl zamanlar diləyirik”, - deyə yazılan tvit 6 min dollara (10 200 manat) satılıb. Tvit kriptovalyuta yatırımı ilə məşğul olan şirkət tərəfindən alınıb.

Bələdiyyə rəsmiləri əldə olunan vəsaitin yoxsul ailələrdən olan qızların təhsil xərclərinə sərf ediləcəyini açıqlayıblar.