"Sentyabrın 1-də qüvvəyə minəcək Türkiyə-BƏƏ Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi ilə Türkiyədə 100 min nəfər üçün iş yeri yaradacaq".

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ankaradakı səfiri Səid Sani əz-Zahiri deyib.

Zahiri qeyd edib ki, imzalanan 13 müqavilə arasında yüksək strateji sazişlər var:

"Bu müqavilələr BƏƏ-də 25 min, Türkiyədə isə 100 min adamı işlə təmin edəcək. Müqavilə sentyabrın 1-dən qüvvəyə minəcək".

Gülşən Şərif

İqtisadiyyat.az