Fevral ayının 20-dən Türkiyə universitetləri onlayn formada dərslərə başlayacaqlar.
İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ali Təhsil Komissiyasının sədri Erol Özvar məlumat paylaşıb. O qeyd edib ki, aprel ayından dərslərin formatı vəziyyətdən asılı olaraq dəyişə də bilər.
Həmçinin bildirilib ki, zəlzələdən zərər görmüş tələbələrdən təhsil haqqı alınmayacaq.