Türkiyədə baş vermiş zəlzələdən zərər görənlərə yardım məqsədi ilə başladılan "Türkiyə Tək Ürək" kampaniyası dünya rekorduna imza atıb. 

İqtisadiyyat.az xəbər verir ki, 213 televiziya kanalı və 562 radio ilə canlı yayımlanan kampaniyada 6 milyard 107 milyon 208 min dollar vəsait toplanıb. Bu isə indiyənə qədər keçirilmiş yardım kampaniyaları arasında ən yüksək nəticədir.

Bu günə qədər rekord 1985-ci ildə ABŞ və İngiltərədə keçirilən, Efiopiyaya yardım üçün başladılan kampaniyaya aid idi. Burada 127 milyon dollar vəsait toplanmışdı.