Türkiyədən bu ilin yanvar-iyun dövründə pomidor ixracı 326 milyon 99 min dollar dəyərində olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Cənub-Şərqi Anadolu İxracatçılar Birliyinin (GAİB) məlumatlarında deyilir.

Məlumata görə, ötən il Türkiyədən 54 ölkəyə 377 milyon 418 min dollarlıq pomidor ixrac edilib. Hesabat dövründə Türkiyə pomidorlarının əsas alıcısı Ruminya olub.

Əlavə edək ki, Azərbaycan bu ilin yanvar-may aylarında 91.4 milyon dollar dəyərində 78 min ton pomidor ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə pomidor ixracı dəyər ifadəsində 41.2 min dollar çoxdur.