Bu ilin birinci yarısında Türkiyə iqtisadiyyatına beynəlxalq birbaşa investisiya axını 4,8 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq İnvestorlar Dərnəyi məlumat açıqlayıb.

Məlumata görə, bu investisiyaların 2,5 milyard dolları birləşmə, satınalma və ya başlanğıc kimi investisiya kapitalı axınıdır. 2002-ci ildən bəri Türkiyəyə qoyulan investisiyalar arasında Avropa İttifaqı ölkələri 59% payla birinci yerdədir.

 

Gözəl Həşimova