Nazirlər Kabinetinin bugünkü iclasında təhlükəsizlik təhdidləri ilə bağlı aparılan əməliyyatları ətraflı müzakirə etdik.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra deyib.

O qeyd edib ki, Türkiyə sərhədlərinin 30 kilometr dərinlikdə təhlükəsizlik zolağı ilə qorumaq qərarı hər hadisə ilə daha da güclənir.

“Minlərlə kilometr uzaqdan gəlib terrorçu ilə məsumu ayırd etmədən hər yeri yandıranlar Türkiyənin bu həssaslığına hörmət etməlidir. Terrorçu olaraq tanınmış təşkilata ad dəyişmə oyunları ilə dəstək verənlərin ikiüzlülüyünə dözəcək vəziyyətdə deyilik”, - Ərdoğan bildirib.

O qeyd edib ki, Türkiyə təhlükəsizliklə bağlı addımlar atarkən heç kimdən icazə almır.