"Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi ildə 42 milyard dollara çatıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu Astanada keçirilən sammitdə təşkilatın Baş katibi Kubanıçbek Ömurəliyev deyib.

Onun sözlərinə görə, təşkilatda 30 qarşılıqlı fəaliyyət sahəsi mövcuddur:

“Digər əsas məqam iqtisadi inteqrasiyanın gücləndirilməsidir ki, bu gün bizim birgə ticarətimiz 42 milyard dollara çatıb.Təşkilatımız 2021-ci ildə 47, 2022-ci ildə isə 62 tədbir keçirib. Bu ilin 11 ayı ərzində siyasət, ticarət, iqtisadiyyat, nəqliyyat, gömrük əməkdaşlığı, təhlükəsizlik, təhsil sahələrində 110 tədbir keçirilib”.

Qeyd edək ki, təşkilatın növbəti sammiti 2024-cü ildə Qırğızıstanda baş tutacaq. Təşkilatın tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində iştirak edir.

 

Gözəl Həşimova