Bakıda Qurban bayramı ilə bağlı bayram namazı qılınıb.

İqtisadiyyat.az-ın məlumatına görə, "Təzəpir" məscidində icra olunan dini ayin Hacı Şamil Rəsulovun imamətliyi ilə keçirilib.

Namazda sakinlər və bir sıra din xadimləri iştirak ediblər.

Xatırladaq ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 28-29-da qeyd olunur.