İstanbul valisi Əli Yerlikaya İstiqlal küçəsində törədilən bombalı hücumda yaralanan 81 nəfərdən 61-nin evə buraxıldığını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Əli Yerlikaya bu barədə tvitter hesabında paylaşım edib.

“İstiklal küçəsində törədilən terror aktında yaralanan 81 xəstəmizdən 61-i evə buraxılıb.
Xəstələrimizdən 14-ü servisdə, 6-sı isə reanimasiyada müalicə alır.
Müalicəsi davam edən xəstələrimizin tezliklə sağalmasını arzu edirəm”.