Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün "Göyçək Fatma" tamaşası nümayiş etdiriləcək. Tamaşa saat 12:00-da başlanacaq. Biletin qiyməti 7 manatdır.

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında azyaşlılar üçün "Ağbəniz və 7 cırtdan" tamaşası göstəriləcək. Səhnə əsəri 12:00-da və 15:00-da nümayiş olunacaq. Biletlər 10-25 manat arasında dəyişir. 

Gənc Tamaşaçılar Teatrında "Bremen musiqiçiləri" adlı tamaşanın nümayişi var. Saat 12:00-da başlayacaq tamaşaya biletlər 6-8 manat arasında dəyişir. 

Azərbaycan Dövlət Musiqili Teatrında saat 12:00-da uşaqlar üçün "Düyməcik" tamaşası nümayiş etdiriləcək. Tamaşa rus dilindədir. Bilet 7 manatdır. Saat 19:00-da isə burada "Mən dəyərəm min cavana" adlı tamaşa nümayiş olunacaq. Biletlərin qiyməti 7-12 manat arasında dəyişir.

Yuğ Teatrında "Mənəm mən" tamaşası göstəriləcək. Səhnə əsəri saat 19:00-dan 20:30-a qədər davam edəcək. “Mənəm, mən...” tamaşası mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuşdur. Səhnə əsəri mistik-psixoloji dram janrında seyrçilərə təqdim olunacaq. Biletlərin qiyməti 5-15 manat arasında dəyişir. Teatr Azərbaycan Dövlət Kukla Teatrının nəzdində yerləşir. 

Xalq artisti Vidadi Həsənovun rəhbərlik etdiyi müstəqil "M.Teatrı"nda bu gün saat 19:00-da "Bir gecənin nağılı" tamaşası var. Bilet 10 manatdır.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Dmitri Şostakoviçin "Xanım və Xuliqan - Bolero" əsəri əsasında hazırlanmış bir pərdəli balet nümayiş olunacaq. Tamaşa saat 19:00-da başlanır. Biletlər 11-16 manat arasında dəyişir.

Akademik Milli Dram Teatrında 44 günlük zəfərimizə həsr olunmuş "Zəfər yolu" tamaşası nümayiş olunacaq. Səhnə əsəri saat 19:00-da başlayacaq. Biletin qiyməti 7 manatdır.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Yarımçıq qalmış..." tamaşası göstəriləcək. Səhnə əsəri şəhidlərimizə həsr olunub və 19:00-da başlayacaq. Biletlər 8-10 manay arasında dəyişir. 

Akademik Rus Dram Teatrında rus dilində "Jenitba" tamaşası nümayiş etdiriləcək. Tamaşa saat 19:00-da başlanır. Bilet 15 manatdır.

Dövlət Pantomima Teatrından N.V.Qoqolun "Şinel" povesti əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək. Səhnə əsəri saat 18:00-da başlanacaq.