Tacikistanın Mərkəzi Asiya ölkələri ilə xarici ticarət dövriyyəsi ötən ilin sonundan bəri 23% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda Düşənbədə keçirilən iqtisadi forumda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Tacikistanın ümumi ticarət dövriyyəsində region ölkələrinin payı təxminən 30% təşkil edib. Bildirilib ki, Tacikistanın əsas ticarət tərəfdaşlarından biri Mərkəzi Asiya ölkələri, xüsusən də Qazaxıstan, Özbəkistan və Türkmənistandır.

Xatırladaq ki, 2022-ci ildə Tacikistan iqtisadiyyatı 8% artıb.

 

Gözəl Həşimova