Avrasiya İnkişaf Bankı bu ilin sonuna qədər Tacikistanın milli valyutası - somoninin ucuzlaşacağını proqnozlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının analitiklərinin icmalında qeyd olunub.

Bildirilib ki, ölkənin əsas tədarükçüsü olan Rusiyada istehlak qiymətlərinin artması Tacikistanda da inflyasiyanı yüksəldəcək.

Əlavə edək ki, iyulda Tacikistanda inflyasiya illik ifadədə 2,3% təşkil edib. Tacikistan Milli Bankı 2023-cü ildə ölkədə inflyasiyanın 6% olacağını proqnozlaşdırır.

 

Gözəl Həşimova