"Ermənistan tərəfi Azərbaycanın təqdim etdiyi beş prinsip və onların genişləndirilmiş variantı üzərində işləyib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ermənistan Təhülkəsizlik Şurasının katibi Armen Qriqoryan "CivilNet" nəşrinə müsahibəsində deyib.

O qeyd edib ki, bu prinsiplər əsasında noyabrın 7-də Vaşinqtonda iki ölkənin xarici işlər nazirlərinin görüşü keçirilib.

"Bu mətn Ermənistanla Azərbaycan arasında mövcud problemləri hərtərəfli həll etməyə qadir olan çərçivə sazişi formasındadır. Hesab edirəm ki, sülh prosesinin çərçivəsi getdikcə daha dəqiqləşir", - deyə Qriqoryan bildirib.