Avropa ölkələrinin müdafiə xərclərinin üçdə ikisi son iki ildə ABŞ-dən alınan yeni sifarişlərə yönəlib, onların həcmi 140 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Bu gün 20-dən çox NATO ölkəsi müdafiəyə 2%-dən çox pul xərcləyir və bu vəsaitin çoxu son iki il ərzində ABŞ-dəki hərbi sifarişlərə yönəlib, həcmi təqribən 140 milyard dollar təşkil edib", - deyən Stoltenberq NATO-nun ABŞ üçün əhəmiyyətini qeyd edib.