İyunun 27-də Avropa İttifaqının (Aİ) Brüsseldə keçiriləcək sammiti çərçivəsində Avropa İttifaqı və Ukrayna Kiyev üçün təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayacaq.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Aİ-nin yüksək səviyyəli nümayəndəsi Brüsseldə icma ölkələrinin dövlət və hökumət başçılarının görüşü ərəfəsində jurnalistlərə bildirib.
"Sabah təhlükəsizlik zəmanətləri haqqında sazişin imzalanması baş tutacaq", - diplomat deyib.
Diplomatın sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski də sənədin imzalanacağı gözlənilən Aİ sammitində iştirak edəcək.
Aİ nümayəndəsi Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında sazişə hansı müddəaların daxil ediləcəyini açıqlamayıb.