Gün vurma bu il Həcc ziyarətini fəlakətə çevirib. Belə ki, Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı istidən ölənlərin sayı 1301 nəfərə çatıb.

Bu barədə İqtisadiyyat.az "AFP" xəbər agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Həcc ziyarətində ölənlərin 83%-i qeydiyyatdan keçməmiş zəvvarlar olub.

Ölənlər ABŞ-dən İndoneziyaya qədər 10-dan çox ölkədən gələn zəvvarlər olub.

 

Gözəl Həşimova