Səbail rayonu, Neftçi Qurban küçəsində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində olan və bir müddətdir ki, təmirə dayanan Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evininin ərazisində baş vermiş yanğınla əlaqədar bildiririk ki, heç bir xəsarət qeydə alınmayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

"Məlumat üçün bildirək ki, doğum evi 2023-cü ilin dekabr ayında əsaslı təmirlə əlaqədar fəaliyyətini dayandırıb. Kollektiv hazırda Kliniki Tibbi Mərkəzin binasında fəaliyyət göstərir.

Əlavə olaraq qeyd edək ki, Səbail rayonu, Neftçi Qurban küçəsində 120 kvadratmetr ərazidə taxta və məişət tulantılarının yanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb olunub və yanğın qısa müddətdə söndürülüb".

***

15:27

Bakının Səbail rayonunda, doğum evinin yaxınlığında qeydə alınan yanğın məhdudlaşdırılıb.

FHN-dən İqtisadiyyat.az-a verilən məlumata görə, nazirliyin 112-i qaynar xəttinə Səbail rayonu, Neftçi Qurban küçəsində 50 kvadratmetr ərazidə taxta və məişət tulantılarının yanması ilə bağlı məlumat daxil olub.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb olunub və yanğın qısa bir vaxtda məhdudlaşdırılıb.

***

15:10

Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evinin yaxınlığında taxta tullantıları yanır.

İqtisadiyyat.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb edilib.//report