Ukrayna münaqişəsi danışıqlar yolu ilə həll olunmalıdır. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Varşavada Polşa və Rumıniyadan olan həmkarları ilə danışıqlardan sonra deyib. 

"Biz tərəfdarıq ki, bütün münaqişə və müharibələrdə Ukraynada diplomatiya variantı arxa plana keçməməlidir", - deyə Fidan qeyd edib.

Onun sözlərinə görə, Türkiyə Qara dəniz hövzəsində gərginliyin azaldılmasında mühüm rol oynayan boğazlar ərazisində gəmiçilik qaydalarını tənzimləyən Montrö Konvensiyasının müddəalarına ciddi əməl edir: "Biz Montrö Konvensiyasının müddəalarını ciddi şəkildə yerinə yetiririk və bunu davam etdirəcəyik". 

O qeyd edib ki, Türkiyə, Rumıniya və Bolqarıstandan ibarət hərbi dəniz qüvvələrinin minatəmizləmə qrupu Qara dənizdə təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini verəcək.