Bakının mərkəzində daha bir parkın ətrafında abadlıq işləri aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, söhbət “Qızılgül bağı” parkından gedir.

Belə ki, parkın ətrafında abadlıq işləri üzrə konsept dizayn layihəsinin və layihə-smeta sənədlərinin hazırlanmasına başlanılır.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti bununla bağlı hazırlıqlara start verib.