Türkiyə Dağıstanda törədilən terror aktları ilə əlaqədar Rusiyaya başsağlığı verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik məlumat verib.

"Ankarada prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən partiyanın icraiyyə komitəsinin iclası keçirildi. Türkiyə Dağıstanda baş verən terror aktları ilə əlaqədar Rusiyaya başsağlığı verir", - məlumatda qeyd olunub.