Polşa-Belarus sərhədində "Hüquq və Ədalət" partiyasının hökuməti dövründə tikilmiş hasar bir neçə saniyə ərzində aşıla bilər.

İqtisadiyyat.az xəbər verir ki, bunu Seymdə (Polşa parlamentinin aşağı palatası) Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.

"Hasarın üzərindəki barmaqlıqların daşınması 25 saniyə çəkəcək", - deyə məlumatda qeyd edilib.

Kosiniak-Kamış iddia edib ki, 2024-cü il Belarusdan Polşa ərazisinə soxulmaq cəhdlərinin sayına görə rekord il ola bilər. Onun sözlərinə görə, iyunun 25-nə olan məlumata görə, artıq 20 minə yaxın belə cəhd olub, halbuki 2023-cü ildə qeyri-leqal miqrantlar Belarus-Polşa sərhədini 25 min dəfə keçməyə cəhd ediblər.