Qlobal dəniz külək enerjisi gücü keçən il 24% artaraq 75,2 giqavata çatıb. Bu da tarixdə ikinci rekord artım hesab olunur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qlobal Külək Enerjisi Şurası (GWEC) tərəfindən hazırlanan Qlobal Dəniz Külək Hesabatı 2024də qeyd olunub.

Məlumat görə, keçən il əlavə edilən dəniz külək enerjisinin gücü 10,8 giqavata çatıb. Hesabata görə, bu dövrdə dəniz külək enerjisi sənayesində inflyasiya, artan xərclər və təchizat zəncirindəki qeyri-müəyyənliklər təsirli olub.

Ardıcıl 6 ildir sektorda güc artımında lider olan Çin, keçən il 6,3 giqavat dəniz külək enerjisini elektrik şəbəkəsinə daxil edib.

Keçən ilin sonunda Asiya və Avropa müvafiq olaraq 41 giqavat və 34 giqavat quraşdırılmış gücə malik iki region olub.

 

Gözəl Həşimova