Cəbrayılda 35/0,4 kV-luq 4x2500 kVA gücündə transformator yarımstansiyası tikiləcək.

İqtisadiyyat.az xəbər verir ki, "Azərişıq" ASC bununla bağlı hazırlıqlara başlayıb.

Qeyd edilib ki, məqsəd şəhər ərazisində tikintisi davam edən yaşayış kompleksinin elektrik təchizatının təmin olunmasıdır.

Eyni zamanda, yarımstansiya yeni tikilmiş "Cəbrayıl Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi" ilə əlaqələndiriləcək.

"Azərişıq" sözügedən işlərin həyata keçirilməsini "Şans Construction" şirkətinə həvalə edib və şirkətlə 3,82 milyon manat dəyərində müqavilə bağlanıb.