Yaponiyanın milli valyutasının dollara nisbətdə məzənnəsi son 37,5 ilin ən aşağı səviyyəyə düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiya Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 1986-cı ilin dekabrından bəri ilk dəfə dollar 160,39 yen səviyyəsinə çatıb.

Yaponiya Bankı əvvəllər milli valyutanın ucuzlaşmasının qarşısını almaq üçün valyuta müdaxiləsi həyata keçirib, lakin uzunmüddətli perspektivdə bu tədbir nəzərəçarpacaq nəticə verməyib.

 

Gözəl Həşimova