Lənkəran şəhərində yanğın olub.

İqtisadiyyat.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 250 m² olan bir mərtəbəli mağazanın dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə və içərisində qismən ərzaq malları yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

10:38

Lənkəran şəhərində bazar yanır.

İqtisadiyyat.az oxu.az-a istinadən xəbər verir ki, yanğın mərkəzi bazarın daxilində fəaliyyət göstərən marketlərdən birində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür.