Hindistana 2023-24 maliyyə ilində xaricdəki vətəndaşlarından rekord məbləğdə - 107 milyard dollar pul köçürülüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya Bankının məlumatında deyilir.

Məlumata görə, Cənubi Asiya respublikası ardıcıl ikinci maliyyə ili üçün 100 milyard dollar həddini keçib və bu göstərici üzrə dünyada liderlik edir.

Hesabatına görə, Hindistandan sonra Meksika (67 milyard dollar), Çin (50 milyard dollar), Filippin (40 milyard dollar) və Misir (24 milyard dollar) gəlir.

 

Gözəl Həşimova