"Turan Tovuz” növbəti transferini reallaşdırıb.
İqtisadiyyat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi Sergey Samoku heyətinə qatıb.
Rusiyalı qapıçı ilə 1 illik müqavilə imzalanıb. Son olaraq “KamAz”ın şərəfini qoruyan 23 yaşlı əlcək sahibi daha öncə vətənində “Tom”, “Soçi”, “Novosibirsk”, “Rotor” klublarının formasını geyinib.
“Turan Tovuz” dünən daha bir rusiyalı qapıçını – İvan Konovalovu transfer edib. Həmçinin klub bu yay Tural Bayramlını sıralarına qatıb