İmişli şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Sevda Məhərrəmova vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, o, ötən gün dünyasını dəyişib.

Məlumata görə, S.Məhərrəmova bir müddət əvvəl komaya düşüb və uzun sürən komatoz vəziyyətdən sonra vəfat edib.

Qeyd edək ki, S.Məhərrəmova məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışırmış.