Türkiyədə zəlzələ olub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar səhər saatlarında Bingölün Karlıova rayonunda 4 bal gücündə baş verib.
Zəlzələ ocağı yerin 11,12 km dərinliyində olub.