Xarici agentlər haqqında qanun ləğv olunmasa, Avropa İttifaqı (Aİ) Gürcüstanı Avropa Sülh Fondu vasitəsilə Avropa maliyyəsindən və təchizatdan məhrum etməyə hazırdır.   

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bildirib.

"Biz Gürcüstana maliyyə dəstəyini və Avropa Sülh Fondunun dəstəyini dayandırmağa hazırıq. Bu, dərhal edilə bilər, bu qərarlar səs çoxluğunu tələb etmir. Aİ ölkələrindən biri (Macarıstan nəzərdə tutulur - red.) artıq bunu etdi", - Borrel qeyd edib. 

"Ucadan və açıq şəkildə demək istəyirəm ki, hökumət öz kursunu dəyişməsə, Gürcüstan Aİ-yə daxil olmaq yolunda irəliləməyəcək", - Borrel vurğulayıb.