Monqolustan və Özbəkistan ticarət dövriyyəsini artırmaq üçün 10-dan çox əməkdaşlıq sazişi imzalanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Monqolustan liderinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər, o cümlədən, Monqolustandan yun və kaşmir, dəri, ət və ət məhsullarının tədarükü, həmçinin Özbəkistandan tərəvəz və meyvələrin idxalı barədə razılığa gəliblər.

Eyni zamanda, mədənçıxarma və yüngül sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, turizm, təhsil, mədəniyyət və səhiyyə sahələrində sazişlər imzalanıb.

 

Gözəl Həşimova