"Standard & Poors" (S&P) beynəlxalq reytinq agentliyi dezinflyasiyanın Avrozonanı qış resessiyasından çıxarmağa başladığını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.

Məlumata görə, inflyasiyanın 2025-ci ilə qədər Mərkəzi Bankın 2%-lik hədəfinə enməsi gözlənilmir. Agentlik güclü əmək bazarı və fiskal iqtisadiyyatın təsirləri ilə bu il üçün regionun iqtisadi artım proqnozunu 0,3%-dən 0,6%-ə yüksəldib.

Bildirilib ki, yüksək faiz dərəcələri Böyük Britaniya iqtisadiyyatının böyüməsini ləngidir.