Almaniya Avropanın təhlükəsizliyinin və NATO müttəfiqlərinin ərazisini heç bir bəhanəsiz qorumağa sadiqdir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Münhen Təhlükəsizlik Konfransında deyib.

O, Berlinin Litvanı qorumaq üçün əlavə briqada təmin edəcəyini, həmçinin Polşa və Slovakiyanın hava hücumundan müdafiəsinə yardım edəcəyini vurğulayıb.

Olaf Şolts Ukraynaya tank tədarük edəcək ölkələri elə indi addım atmağa çağırıb.