Çexiyanın Kvasiny şəhərindəki baş verən daşqın "Skoda"nın tədarük çatışmazlığı ilə üzləşməsinə səbəb olub.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu barədə "Vokswagen" Qrupunun törəmə şirkəti olan "Skoda"dan açıqlama verilib.

Qeyd olunub ki, yaranan tədarük çatışmazlığına görə zavodun fəaliyyəti bir həftəlik dayandırılır. Bu müddət ərzində istehsalı yenidən başlamaq üçün müvafiq addımlar atılacaq.

Gülşən Şərif