Siyəzən Rayon Polis Şöbəsinə əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

İqtisadiyyat.az bildirir ki, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, qeyd olunan vəzifəyə polis mayoru Cəlilov Rövşən Cəlil oğlu təyin olunub.

Qeyd edək ki, Rövşən Cəlilov bundan əvvəl Siyəzən RPŞ-də xidmət üzrə rəis müavini olub.