"Türkiyədə özəl sektorun inkişafı əhəmiyyətlidir".

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, bu sözləri Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz əl-Falih deyib.

O bildirib ki, Səudiyyə Ərəbistanı Türkiyə ilə investisiyaların şaxələndirilməsini istəyir:

"Səudiyyə Ərəbistanı və Türkiyə arasında sərmayələrin qarşılıqlı şəkildə artırılması olduqca mühümdür. 2030-cu il hədəfləri çərçivəsində hər iki ölkə arasında 3,3 trilyon dollarlıq sərmayə hədəflənib. Daşınmaz əmlak, turizm, mənzil, sənaye, kənd təsərrüfatı, qida və mədənçilik kimi müxtəlif sektorlarda əməkdaşlıq edərək böyük layihələrə nail ola bilərik. Məqsədlərimizə çatmaq üçün sabit bir şəkildə hərəkət etməliyik".