Ötən il Rusiyanın ən böyük bankı  olan "Sberbank"ın kredit portfelinin payı 17% azalıb.

İqtisadiyyat.az rus mediasına istinadən bildirir ki, bu barədə bankın İdarə Heyətinin sədr müavini Anatoli Popov məlumat verib. 

"2022-ci il ərzində borcun milli valyutaya konvertasiyası proqramı çərçivəsində xarici valyutada kredit portfelinin payı 25%-dən 17%-ə düşüb. Bu isə həm kredit, həm də valyuta risklərini azaldıb. İndi biz valyutalarda kreditləşmənin inkişafı üzərində fəal işləyirik", deyə Popov vurğulayıb.

"Sberbank"ın xarici valyutalarla əməliyyatlarına da toxunan sədr müavininə görə, bank yuanla ifadə olunmuş şaxələndirilmiş öhdəlik strukturuna malikdir:

"Bank əhalinin əmanətlərini, korporativ müştərilərin əmanətlərini fəal şəkildə cəlb edir və banklararası əmanət bazarının fəal iştirakçısıdır. Rusiyanın banklararası yuan bazarı volatillik ilə xarakterizə olunur. İzafi likvidlik dövrləri çox vaxt kəsir dövrləri ilə əvəz olunur.

Həmçinin bank  rupi bazarının yaradılması üzərində də işləyir. Rusiya idxalçıları Hindistan bazarını fəal şəkildə inkişaf etdirir. "Sberbank" isə ölkələr arasında ticarətin inkişafına kömək edir. Hindistanda məhsul almağı planlaşdıran ixracatçılar üçün Rusiya Federasiyasında rupi hesablarına daxilolmalar əldə etmək imkanı var".