Niderland istehlakçı hüquqları müdafiəçiləri texnologiya nəhəngi "Samsung"u məhkəməyə veriblər.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, şirkət Niderlandda yüksək televizor qiymətlərinə görə məhkəməyə verilib.

Məlumata görə, 2013-2018-ci illər arasında televizor alan hər kəs şirkətə daha çox pul ödəyib və bu, təkcə "Samsung" televizorlarına deyil, digər markalara da aiddir.

Niderland İstehlakçılar Assosiasiyası "Samsung"dan müştərilərə kompensasiya verməsini tələb edib. Təşkilat ümumi zərəri 500 milyon avrodan çox qiymətləndirib.

Qeyd edək ki, 2021-ci ildə Niderland İstehlakçılar Assosiasiyası "Samsung"u 39 milyon avrodan çox cərimələyib.

 

Gözəl Həşimova