İqtisadiyyat Nazirliyində sahibkarların qarşılaşdıqları problemlər və onların həllində dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsi haqqında müzakirələr aparılıb.

İqtisadiyyat.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazirlik yanında İctimai Şura iqtisadi sahədə fəaliyyət göstərən dövlət qurumları ilə müzakirələri davam etdirir. Növbəti belə tədbir Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə keçirilib.

Görüş zamanı Fondun güzəşt mexanizmləri, sahibkarlar üçün sərfəli biznes kreditlərinin təmin edilməsi və qarşılıqlı öhdəliklərin nizamlanması prosedurları ətraflı müzakirə edilib.

Həmçinin, SİF-in aidiyyəti qurumlar və sahibkarlarla kommunikasiya əlaqələrinin qurulması mexanizmləri diqqətə çatdırılıb, normativ hüquqi sənədlər hazırlanarkən fond və sahibkarlar arasında əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Müzakirə şəraitində keçən görüşdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları problemlər, onların həllində dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsi, problemli kreditlər zamanı qaldırılan məsələlərə baxılması mexanizmi, məsləhətləşmələr və sahibkarların rəyinin nəzərə alınmasının əhəmiyyəti vurğulanıb. Görüşdə İctimai Şura üzvləri ilə əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, suallar cavablandırılıb.